Türkiyədən Rusiyanın III Dünya müharibəsi hədəsinə cavab

Türkiyədən Rusiyanın III Dünya müharibəsi hədəsinə cavab
Siyasət 2663

 

Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyanın "Suriyaya quru əməliyatı edilərsə III Dünya müharibəsi olacaq" şərhinə münasibət bildirib. 

 

BAKU.WS-in məlumatına görə, Davudoğlu Rusiya tərəfinin şüurlu şəkildə "Dünya müharibəsi çıxa bilər" iddiasını gündəmdə tutaraq dünyanı narahat etməyə çalışdığını söyləyib.

Baş nazir Rusiyanın bununla öz siyasətini diktə etməyə çalışdığını vurğulayıb: "Panika yaratmaq cəhdi doğru deyil. Türkiyə lazımlı tədbirləri alır, ancaq müsbət siyasi atmosferə təsir göstərməməyə diqqət göstərir. Rusiyanın hava hücumları dayanmalı, Suriyada rejim və İŞİD xaricində ölkə xalqının nümayəndəsi olan qruplar dəstəklənməlidir".

Davudoğlu "Türkiyənin YPG-yə qarşı bombardmanı dursun" çağırışlarına da cavab verib. O bildirib ki, YPG-yə istiqamətli bu çağırışların bir mənası var: "YPG Rusiyanın Suriyadakı alətidir. Bunu beynəlxalq ictimaiyyət anlamalıdır. Əgər bunu doğru qəbul etməsələr irəlidə daha böyük problemlər yaranacaq".

BAKU.WS

Son xəbərlər