Türk dünyası yenidən birləşir: Kanıbek İmanaliyev tarixi prosesdən danışdı

"Bu gün Türk dünyası yenidən birləşir və öz tarixi köklərinə qayıdır. Türk dünyası Orxon-Yenisey sivilizasiyasının başlanğıcında dayanır".
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin yeni buraxılışında Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev deyib.
"Fikrimcə, Birinci Türkoloji Qurultayın 100 illiyi bütün Türk dünyasında ən yüksək səviyyədə, təntənəli və məzmunlu şəkildə qeyd olunmalıdır. Bu hadisə siyasi və mənəvi dəyərini almalıdır", - deyə o, sözlərinə əlavə edib.
Kanıbek İmanaliyev həmçinin bildirib ki, Qırğızıstandan Birinci Türkoloji Qurultaya o dövrün ilk maarif naziri Kasım Tınıstanov və ilk maarifçi Daniyar Bazarkulov qatılıb: "Təəssüf ki, hər ikisi 1937-1938-ci illərdə İosif Stalinin repressiyasına məruz qalıb.
Məncə, həmin qurultayda iştirak edənlərin çoxu repressiyanın qurbanı olub. Çünki onlar dil məsələsini gündəmə gətirmişdilər. Bu mövzunun gündəmə gəldiyi yerdə isə müstəqillik məsələsi də istər-istəməz müzakirə olunur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının beş...
