Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, XİN-dən məzuniyyətə çıxıb.
T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.
Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda yüksək vəzifəli xanım məmur sədr vəzifəsindən getdi
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Dövlət...