Tunisin yeni prezidenti məlum oldu
14
okt
2019
11:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin qeyri-rəsmi nəticələri açıqlanıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, “Sigma” monitorinq şirkətinin açıqladığı rəqəmlərə görə, bitərəf namizəd Qeys Səid səslərin 76 faizini qazanıb.Onun ən böyük rəqibi, Tunisi Qəlbi Partiyasının rəhbəri Nebil Karvi isə 23 faiz səs toplayıb.Tunis Ali Seçki Komissiyası səsvermədə 7 milyon 155 min nəfərin iştirak etdiyini açıqlayıb. Bu isə ümumi seçicilərin 57,8 faizidir.Qeyd edək ki, birinci mərhələdə Qeys Səid 18,4 faiz, Nebil Kervi isə 15,6 faiz səs qazanmışdı.
Oxşar xəbərlər
Prezident öldü, seçkilərin vaxtı dəyişdi
Tunisdə prezident seçkilərinin vaxtı dəyişdirilib.BAKU.WS xəbər verir ki, seçkilər noyabrın 17-də deyil, daha erkən baş tutacaq.Buna səbəb Tunisin Prezidenti Be...