Trampdan mühüm Qarabağ siqnalı
22
yan
2019
10:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev başçısı Paşinyanı pərt elədi - təbrik məktubundakı əsas ismarış; işğalçı ölkənin yeni rəhbərliyinin “iki stul” siyasəti Vaşinqtonu hövsələdən çıxara bilər; erməni nəşri: “Trampın təbrikində olduqca təhlükəli mesaj var...”.
BAKU.WS “Yeni Müsavat”a istinadən xəbər verir ki, ötən həftəsonu ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri olması münasibətilə təbrik göndərib.Lakin 9 dekabr parlament seçkilərindəki qələbədən fərqli olaraq (o vaxt birinci təbrik məhz ABŞ səfirliyindən gəlmişdi), bu dəfə Ağ Ev erməni baş naziri Rusiya lideri Vladimir Putindən 5 gün sonra (!) təbrik edib - hansı məqama ki, Ermənistandakı yerli siyasi şərhçilər də dərhal diqqət çəkiblər.Əslində aradakı zaman fərqi izah olunandır. Məsələ ondadır ki, Ermənistandakı 8 may “məxməri inqilabı”nın əsas dirijoru sayılan ABŞ-ın yeni erməni hökumətindən gözləntisi var və o, qüvvəsindədir.Bunu D.Trampın məktubundan da görmək mümkündür. Hansı gözlənti ilə bağlı ki, Paşinyan Kremlin qorxusundan Vaşinqtonu hələ də sevindirə bilməyib və seçkilərdəki qələbədən sonra da Rusiyanın siyasi-hərbi orbitində qalacağı barədə bəyanatlar verməkdə davam edir.ABŞ-ın gözləntisi eyni zamanda Qarabağ məsələsində Paşinyan iqtidarının real addımlar atmaqla həm öz əsas qonşuları olan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıracağına, həm də bunun nəticəsi olaraq, Rusiyanın orbitindən uzaqlaşacağınadır.Okeanın o tayından bir neçə dəfə aydın mesaj gəlib və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da İrəvanda olarkən bunu açıq şəkildə bəyan edib ki,bu yöndə ciddi dəyişiklik olmayınca, İrəvan Rusiyadan vassal asılılığını aradan qaldırmaq istiqamətində real addımlar atmayınca, ona Amerikanın böyük maliyyə dəstəyi olmayacaq.Həmçinin özünü “yeni və demokratik Ermənistan”ın rəhbəri sayan Nikol Paşinyanın Ağ Evə dəvət arzusu gözündə qalacaq.Bu barədə 1 in.am erməni nəşrinin siyasi şərhçisi Sərkis Arsruni “Tramp Paşinyana istehza edir, yoxsa?..” sərlövhəli məqaləsində qeyd edib.
Müəllif daha sonra yazır:“Bu təbrik çox pis keyfiyyətlidir. Belə təəssürat yaranır ki, Ermənistan öz qonşuları ilə dinc-yanaşı yaşayan ölkə deyil. Başqa bir təəssürat odur ki, Nikol Paşinyan Qarabağ problemini həll eləməyincə xüsusi bir erməni-Amerika gündəmi mövcud olmayacaq.Belə mesajlar hələ bundan sonra da olacaq, nədən ki, inqilabdan sonrakı 9 ayda ikitərəfli münasibətlərdə dözülməz bir vakuum hökm sürür - əgər Ararat Mirzəyanın qalmaqallı ABŞ səfəri nəzərə alınmazsa.Hansı səfər ki, erməni diplomatiyasının BMT Baş Məclisinin sessiyası çərçivəsində Tramp-Paşinyan görüşünün təşkil eləmək yönündə səylərini çilik-çilik elədi”.Erməni portalı bu yerdə Rusiyadan gələn siqnalların da yaxşı bir şey vəd eləmədiyini bildirir:“Səmimi olsaq, Donald Tramp heç də yeganə, müstəsna deyil. Bir neçə gün öncə Rusiya XİN-in başçısı Sergey Lavrov özünün mətbuat konfransında işarə vurdu ki, yaxşı olardı İrəvan Qarabağ məsələsində Bakının siyasətinə uyğun hərəkət eləsin.Trampın və Lavrovun sözləri fərqlidir, ancaq fikir eynidir. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan hakimiyyəti istəsə də, istəməsə də Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesinin təhlükəli burulğanına düşüb.Ya da qeyri-effektiv xarici siyasət ona gətirib ki, həm Moskvada, həm də Vaşinqtonda erməni hökuməti ilə aşkar sarkazm dilində danışır. Hər iki halda küçənin qışqırığı vəziyyəti xilas edə bilməyəcək, çünki erməni demokratiyasının institutlaşmasına ehtiyacı var”.
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyevi təbrik etdi: "Bu nailiyyəti sizinlə birlikdə qeyd edirəm"
"İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya...