Trampa qarşı məhkəmə iddiası rədd edildi
ABŞ-nin Florida şətatının məhkəməsi xüsusi müvəkkilin təyin edilməsi qaydalarını pozduğuna görə sabiq prezident Donald Trampa qarşı məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı işi rədd edib.
Bu qərar bazar günü Donald Trampın sui-qəsdə məruz qalmasından sonra verilib. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqi zamanı silahlı hücuma məruz qalıb.
Silahlı hücumü mitinqin canlı yayımlandığı yutub kanalı vasitəsilə hamı görüb. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Donald Tramp mitinqdə atışmadan qısa müddət sonra deyib ki, Bayden Ədliyyə Departamentindən ona qarşı iki işin ləğvini tələb edə bilər.
Oxşar xəbərlər
Trampa qarşı terror cəhdi - ABŞ-nin düşməni həmişə qapıdadır
ABŞ terrora, zorakı yolla hakimiyyət dəyişikliyinə qarşı çıxır. Nə qədər qəribə olsa da, hər iki cinayət bu ölkədə baş verir. Beləliklə, ölkə tarixi siyasi rəq...