Tramp “Nobel Sülh Mükafatı”na namizəd göstərildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında “tarixi sülh razılaşması”nda mühüm rol oynadığı üçün “Nobel Sülh Mükafatı”na namizəd göstərilib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, onun namizədliyi Norveç Parlamentinin üzvü Kristian Taybrinq-Qyedde tərəfindən irəli sürülüb.
O, Nobel Komitəsinə yazdığı məktubda Trampın İsraillə BƏƏ arasında münasibətlərin qurulmasında çox mühüm işlər gördüyünü qeyd edib. Həmçinin vurğulayıb ki, bu razılaşma Yaxın Şərqi sabitlik və rifah bölgəsinə çevirəcək.
Taybrinq-Qyedde əlavə edib ki, Tramp daha öncə Şimali və Cənubi Koreya, Hindistan və Pakistan arasında da münasibətlərin qurulması üçün ciddi səylər göstərib.
Oxşar xəbərlər
Milli Məclisdə komitələrin üzvləri məlum oldu - SİYAHI
Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub. BAKU.WS xəbər verir ki, yığıncaqda Milli Məclisin Hüquq siyasəti...