Tramp koronavirusa necə yoluxdu? - "Simpson"lar gündəmdə

Tramp koronavirusa necə yoluxdu? - Simpsonlar gündəmdə
Siyasət 1977

Prezident seçkisinə 32 gün qalmış ABŞ lideri Donald Trampın koronavirusa yoluxması barədə xəbər dünya gündəminə bomba kimi düşdü.

BAKU.WS-in məlumatına görə, onun COVİD-19 testinin pozitiv çıxması ABŞ tarixində ilk dəfə vəzifədəki bir prezidentin ən ölümcül xəstəliyə yaxalanması kimi dəyərləndirilib.

74 yaşlı Tramp özünün və həyat yoldaşı Melaniya Trampın koronavirusa yaxalandığını özü "Twitter" hesabından elan edib. Ağ Evdən verilən açıqlamada prezidentin həkimi Şon Konley onun antikor müalicəsi gördüyünü, əhvalının yaxşı olduğunu açıqlayıb. Onda qızdırma, öskürək, burun tutulması kimi əlamətlər var. Əvvəlcə Ağ Evdə karantin altında olan cütlük daha sonra Merilənd ştatındakı "Walter Reed" hərbi tibb mərkəzinə yerləşdiriliblər.

Virusu ona köməkçisinin yoluxdurduğu ehtimal edilir. Belə ki, prezident seçkisi ilə bağlı olaraq son zamanlar Tramp 31 yaşlı Hop Hikslə müntəzəm olaraq səyahətlər edib. Son səyahət zamanı da onda virusun əlamətləri hiss edildiyi üçün Trampla mindiyi təyyarədə izolyasiya edilmişdi. Lakin, görünür, bu izolyasiya dövlət başçısını qorumaq üçün kifayət etməyib.

Qeyd edək ki, Trampın virusa yaxalanması ABŞ-ın məşhur cizgi filmi olan "Simpsons"ları yenidən gündəmə gətirib. Filmdə hələ Tramp prezident seçilməmişdən illər öncə onun seçkinin qalibi olacağı ilə bağlı seriyalar yer almışdı. Sonrakı seriyalarda isə Trampın xəstələnərək öldüyü və tabuta qoyulduğunu əks etdirən kadrlar da olub.

Son xəbərlər