Tramp geri addım atdı - Hərbçilər geri çəkilir

Tramp geri addım atdı - Hərbçilər geri çəkilir
Siyasət 221

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyalarına müdaxilə etmək məqsədilə şəhər ətrafına yeridilən hərbçilərin geri çəkilməsi üçün təlimat verib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, o, hazırda prosesin nəzarətdə olduğunu və hərbçilərin geri çəkilməli olduğunu söyləyib.

Qeyd edək ki, Vaşinqton ətrafına 1600-ə yaxın əlavə hərbçi cəlb edilmişdi.

Xatırladaq ki, bir neçə gün öncə Vaşinqton ştatının Sietl şəhərində afroamerikalı Corc Floyd polislər tərəfindən öldürülmüşdü. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.

Son xəbərlər