Tramp 6 ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırdı

Tramp 6 ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırdı
Siyasət 2907

ABŞ prezidenti Donald Tramp Qırğızıstan da daxil olmaqla, altı ölkənin vətəndaşlarına vizaların verilməsini məhdudlaşdırıb. BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

Eritreya, Myanmar, Nigeriya, Sudan və Tanzaniya da məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısına düşüb. Ağ Ev bu ölkələrin şəxsiyyəti təyinetmə prosedurlarını düzgün apara bilməmələrini və milli təhlükəsizlik tələblərinə cavab vermədiklərini açıqlayıb.

"Milli təhlükəsizlik və sağlam düşüncə qaydası üçün xarici bir dövlətin miqrasiya və Birləşmiş Ştatlara səfərlərindən bəhrələnmək istədiyi təqdirdə, ABŞ hüquq-mühafizə və kəşfiyyat mütəxəssisləri tərəfindən qoyulmuş əsas təhlükəsizlik şərtlərinə cavab verməlidir", - deyə məlumatda qeyd olunub.

Məhdudiyyətlər ABŞ-da yaşamağı planlaşdıran miqrantlara aiddir, turistlərə və ya iş adamlarına şamil edilmir.

Son xəbərlər