Toy gecəsi nə baş verib? - 23 yaşlı gəlinin ölümü rusları qəzəbləndirib - FOTO

Toy gecəsi nə baş verib? - 23 yaşlı gəlinin ölümü rusları qəzəbləndirib - FOTO
Foto
Siyasət 423

Rusiyanın Sankt-Peterburq şəhərində 23 yaşlı Kseniya Vodyanitskayanın faciəvi ölümündən sonra qonşu ölkənin sosial şəbəkələrində məsələ birmənalı qarşılanmayıb.

BAKU.WS xəbər verir ki, Kseniya Vodyanitskayanın ölümü Rusiya mətbuatını çalxalayıb. Eyni zamanda rusların istifadə etdikləri sosial şəbəkələrdə ciddi müzakirələr başlanılıb.

İnsanlar gənc gəlinin faciəvi ölümünün dərhal araşdırlmalı olduğunu və günahkarın tapılmasını istəyirlər.

Qeyd edək ki, ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində 23 yaşlı Kseniya Vodyanitskaya və əri 24 yaşlı Kirill (24) toydan qayıtdıqdan qısa müddət sonra faciəvi hadisə yaşayıblar.

Kseniya çılpaq şəkildə yaşadığı çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisədən sonra Kirill təcili yardım xidmətinə zəng edərək, kömək istəyib.

Kirilin polisə bildirib ki, həyat yoldaşının ölümü ilə heç bir əlaqəsi yoxdur.

Son xəbərlər