İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək
17
iyl
2022
14:45
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə “Sürix”in səfər matçına gəlməyəcək.
“Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.
Qeyd edək ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Avropa Parlamentindən UEFA-ya ÇAĞIRIŞ: “Qazprom”la əməkdaşlığı dayandır!
Avropa Parlamentinin avstriyalı deputatı Hannes Hayde Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) “DXR” və “LXR”-in suverenliyinin tanınması ilə bağlı yaran...