"The Guardian": "Ukraynada müharibənin həlledici dövrü mayda olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq iqtidarında deyil".
BAKU.WS-in UNIAN-a istinadla məlumatına görə, bu barədə "The Guardian"ın məqaləsində bildirilib.
"Ukraynada müharibənin dönüşü gələn ay, Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ haubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək", - qeyd edilib.
Jurnalistlər şərqdə Rusiya qoşunlarının uğursuzluğunu regionda əlverişsiz hava şəraiti, Ukrayna Silahlı Qüvvələrinin güclü müqaviməti, habelə Rusiya komandanlığının problemləri ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...