KİV: ABŞ xüsusi təyinatlıları Rusiyanın müdafiəsini yarmağa hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ xüsusi təyinatlıları Krımda Rusiyanın müdafiəsini yarmağa hazırlaşır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə NATO veteranı, yunan hərbi ekspert Stavros Atlamazoqlunun məqaləsində qeyd olunub.
Öz materialında müəllif ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığının hesabatına istinad edib. Sənəddə bildirilir ki, müasir xüsusi təyinatlı qüvvələr bir sıra məqsədlərə uyğunlaşdırılmalıdır. Yaxın döyüşdə digər ordu birləşmələrinin dəstəklənməsi və düşmən ərazisinin dərinliyindəki gizli obyektlərə sızmaq kimi xüsusiyyətlər bunlardan bəziləridir.
Müəllifin sözlərinə görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının ən vacib tapşırıqlarından biri A2/AD – sahildə yerləşdirilmiş gəmi əleyhinə raketlərin, operativ-taktiki raket komplekslərinin, radiolokasiya stansiyalarının və HHM sistemlərinin yerini müəyyən etmək və məhv etməkdir.
“Xüsusi Əməliyyatlar Komandanlığı Krım yarımadası rayonunda Rusiyanın, Cənubi Çin dənizi rayonunda isə Çinin A2/AD sistemlərinin məhv edilməsində mərkəzi rol oynayacaq”, - deyə hərbi ekspert bildirib.
Oxşar xəbərlər
AŞ PA Krım tatarlarına qarşı işgəncələrin artmasını pislədi
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Krım tatarlarına dair qətnamə qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, AŞ PA "Krım tatarlarının vəzi...