Teterev çayının sahilində şiddətli döyüşlər gedir

Teterev çayının sahilində şiddətli döyüşlər gedir
Siyasət 236

Ukrayna Silahlı Qüvvələri İvankov və Dimer ərazisində döyüşür və Teterev çayının sahilində üstün düşmən qüvvələrini dayandırır. Çayın üzərindəki körpü məhv edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin feysbuk səhifəsində məlumat verilib.

Məlumatda bildirilib ki, Vilkovo və Tiraspoldan yuxarıda yerləşən ərazilərdə düşmən helikopterlərinin aktivliyi müşahidə olunurdu.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin hava qüvvələri səmanı Kiyev üzərindən qoruyur.

Son xəbərlər