Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır
                            
                                26
                                fev
                            
                                2020
                                20:01
                            
                            Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır.
BAKU.WS xəbər verir ki, Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu barədə jurnalistlərə məlumat verib.
O deyib ki, fevralın 28-dən Rusiya İran vətəndaşlarına, işgüzar və humanitar vizalar istisna olmaqla, digər vizaların, o cümlədən tranzit vizaların verilməsini dayandırır.
T.Qolikova əlavə edib ki, İran ilə aviasiya əlaqəsi ləğv edilməyəcək.
Oxşar xəbərlər
Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır
“Rusiyalı alimlər koronavirus infeksiyasına qarşı peyvəndin beş prototipini hazırlayır”. BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş...