Terrorçular Türkiyə sərhədindən geri çəkilməyə başladı

Terrorçular Türkiyə sərhədindən geri çəkilməyə başladı
Siyasət 341
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı Soçi görüşündə əldə edilən razılığa əsasən YPG terrorçuları Türkiyə ilə sərhəddən geri çəkilməyə başlayıb.BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin köməkçisi Sergey Verşinin məlumat verib.Bölgəyə isə Rusiya hərbi polislərinin gəlişi davam edir. Onlar Türkiyə sərhidinin 2 km yaxınlığındakı Kobanidə yerləşiblər. 1 həftə ərzində daha 276 hərbi polisin gələcəyi gözlənilir.Qeyd edək ki, Ərdoğanla Putin arasında əldə edilən razılaşmaya əsasən YPG Türkiyənin “Barış Pınarı” əməliyyat bölgəsindəki Rəs-əl-Ayn və Tel-Abyadın sərhədindən 30 km geri çəkilməsi nəzərdə tutulub.Türkiyə və Rusiya hərbi polisləri həmin bölgədə birgə patrul xidməti aparacaqlar.

Oxşar xəbərlər

Son xəbərlər