Tənqidlərdən sonra Elman da paylaşım etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov da cəbhədə gedən döyüşlərlə bağlı Azərbaycana dəstək paylaşımı edib.
BAKU.WS xəbər verir ki, ifaçı işğalçı Ermənistanın Gəncədə mülki şəxslərə atəş açması ilə bağlı paylaşım edib:
“Müharibə zonasından uzaqda olan insanlar əziyyət çəkirlər, dünən atəşkəs elan olunub, ancaq bu gün Gəncə şəhərində 4 mərtəbəli yaşayış binası dağıdılıb. Xatırladım ki, Gəncə cəbhədən 100 km uzaqlıqdadır”.
Qeyd edək ki, bir neçə müddətdir cəbhədə gedən döyüşlərə heç bir reaksiya verməyən Elman azərbaycanlı izləyicilərin tənqidinə tuş gəlmişdi.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib - TAM MƏTN
Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmi...