Tehrandan uçuşlar təxirə salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın paytaxtı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar təxirə salınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal olunur.
Məlumata görə, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür davam edir.
Qeyd edək ki, aviaşirkətlər İsrail, İran və Livanın paytaxtları Təl-Əviv, Tehran və Beyruta uçuşları təxirə salıblar.
Avqustun 2-də Türkiyənin “Turkish Airlines” şirkəti İrana bütün uçuşları ləğv edib.
Oxşar xəbərlər
İranda prezident postuna iddiaçılar: 10 şəxsin adı hallanır
İyunun 28-də İran İslam Respublikası yeni prezidentini seçəcək. İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olduqdan sonra onun səlahiy...