Təbrizdə daha bir qadın fəal həbs edildi - FOTO

Təbrizdə daha bir qadın fəal həbs edildi - FOTO
Siyasət 104

Təbrizdə daha bir qadın fəal həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram məlumat yayıb.

Vahidə Xanpur dekabrın 14-də İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən atasının evindən aparılıb.

Onun həbsinin səbəbləri və hara aparıldığı barədə dəqiq məlumat yoxdur.

Məlumata görə, o, bundan əvvəl etiraz aksiyaları zamanı bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən telefon vasitəsilə təhdid edilib.

Son xəbərlər