Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar həbs edildi - FOTO
Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar Əbülfəz Əbulməali noyabrın 21-də iş yerində həbs olunub.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Onun həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.
Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə molla respublikası rejiminin qüvvələri Güney azərbaycanlılara qarşı həbslərə start veriblər.
Ümumiyyətlə, həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının rejim tərəfindən bloklanması səbəbindən xəbərlər gec yayılır.
Oxşar xəbərlər
ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur” - FOTO
“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”. BAK...