TƏBİB rəhbərliyi Milli Məclisə çağırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.
BAKU.WS xəbər verir ki, bunu “report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.
Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...