TDT-nin Zirvə görüşündə İlham Əliyevin fikri Türk dünyasının gələcək strateji istiqamətinə dair məqsədyönlü siyasi mövqedir
Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikir Türk dünyasının gələcək strateji istiqamətinə dair aydın və məqsədyönlü siyasi mövqenin ifadəsidir.
Bunu "Report"a açıqlamasında deputat Fatma Yıldırım bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın TDT çərçivəsində fəal mövqeyi, təşkilatın institusional gücünün artırılması istiqamətində göstərdiyi səylər bu strateji baxışın praktiki əsaslara söykəndiyini nümayiş etdirir:
"Ailəmiz olan Türk dünyasının XXI əsrdə mühüm geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi çağırışı region ölkələri arasında həm siyasi həm də iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal və ardıcıl mövqe sərgiləməsi, təşkilatın institusional gücünün artırılması istiqamətində göstərdiyi səylər bu strateji baxışın praktiki əsaslara söykəndiyini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ortaq tarixi köklərə, mədəni bağlara və qarşılıqlı maraqlara əsaslanan yeni bir geosiyasi reallığın formalaşmasına xidmət edir.
Bu çıxış Türk dünyasında həmrəylik ruhunun möhkəmlənməsi, ortaq hədəflərin müəyyənləşdirilməsi və gələcək nəsillər üçün dayanıqlı əməkdaşlıq modelinin qurulması baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilir. Azərbaycan bu prosesdə təşəbbüskar mövqeyini qoruyaraq regional sabitlik və inkişafın gücləndirilməsinə töhfə verməyə davam edir".
Oxşar xəbərlər
Hindistanlı memar WUF13-ün əhəmiyyətini izah edib
Ətraf mühitə həssas memarlıq və davamlı inkişaf sahəsindəki fəaliyyətinə görə qlobal səviyyədə tanınan hindistanlı memar, urbanist və akademik Racendra Kumar so...