TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq
Bəzi üzv dövlətlərin Avropa İttifaqı ilə razılaşması fonunda Türk Dövlətləri Təşkilatından (TDT) mühüm addım atılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilməsi qərara alınıb.
İclas mayın 1-2-də təşkil olunacaq.
Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifağı ilə saziş imzalayaraq Cənubi Kiprdə səfirlik açmağa qərar verib. Mübahisəli qərardan sonra ŞKTR prezidenti Ersin Tatar türk dövlətlərini yunan tərəfi ilə münasibətlərdə diqqətli olmağa çağırıb.
Oxşar xəbərlər
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BAKU.WS xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Hey...