Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisi şəhərinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.
Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.
Fləşmob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olunub
London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib. Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veril...