Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olunub
London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natəvan Qrup"un təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Zəfər Günü ilə bağlı fotomateriallar yerləşdirilmiş LED ekranlı avtomobillərin hərəkəti təmin olunub.
Şəhərin Trafalgar Square, Piccadilli Circus, Parlament Square, London Eye kimi məşhur ərazilərində hərəkət edən avtomobillərin rəqəmsal monitorunda Azərbaycan xəritəsinin, “Xarı bülbül” rəmzinin, Şuşanın və Ağdamın təsvirləri, “Azərbaycanın Zəfər Günü. 8 noyabr 2021”, “Qarabağ Azərbaycandır!”, “Şuşa, sən azadsan!” şüarları əks olunub.
Noyabrın 7-dən başlayan aksiya 3 gün ərzində davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirilib, Azərbaycan və ABŞ bayraqları ucaldılıb - FOTO
ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər avtoyürüşü keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məl...