İtaliyada Zəfər Günü ilə bağlı sərgi təşkil olunub - FOTO
İtaliyanın Venesiya şəhərində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, komitənin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub.
Sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında baş tutub.
Tədbir şəhər sakinlərində böyük maraq doğurub.
Qalereya
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...