Tbilisidə parlamentin qaşısında etiraz - VİDEO
Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin növbəti etiraz aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Qruziya Onlayn" nəşri məlumat yayıb.
Bildirilir ki, minlərlə narazı insan Gürcüstan parlamenti və "Redisson" mehmanxanasının qarşısında toplaşıblar.
Nümayişçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini və "Gürcü arzusu" partiyasının hakimiyyətdən getməsini tələb ediblər.
Qeyd edək ki, Gürcüstanda etirazlar parlamentin Konstitusiyaya dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb. Dəyişikliklər parlament seçkilərinin qarışıq seçki sistemindən proporsional sistemə keçidi ilə əlaqədardır.
Oxşar xəbərlər
Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı
Ermənistanda növbədənkənar parlament seçkiləri dekabr ayında keçiriləcək.BAKU.WS-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Baş naziri Nikol P...