Tbilisidə ermənilər Azərbaycan və Türkiyə əleyhinə aksiya keçirdilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar keçirilən aksiya başa çatıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, iştirakçılar Türkiyəni sözdə soyqırımını tanımağa çağırıblar.
Polis aksiya zamanı ictimai asayişi təmin edib, heç bir insident baş verməyib.
Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyə əleyhinə olan plakatlar, həmçinin tarixə qovuşmuş qondarma rejimin “bayraq”ları ölkəmizin Gürcüstandakı səfirliyinin məsələyə çevik müdaxiləsindən sonra yığışdırılıb.
Belə ki, diplomatik nümayəndəliyimiz Gürcüstanın aidiyyəti dövlət qurumlarını ermənilərin təxribatçı hərəkətləri barədə dərhal məlumatlandırıb. Bəzi aksiya iştirakçıları təxribatlarını davam etdirərək endirilən bayraqları çiyinlərində gəzdiriblər.
Qalereya
Oxşar xəbərlər
Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatdı - YENİLƏNİB
Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb. BAKU.WS “Report”a istinadən xəb...