Tbilisi polisi Əfqan Sadıqovu saxlayıb, Azərbaycana deportasiya olunub
Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.
Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
Qeyd edək ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.
Oxşar xəbərlər
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
İrandan fevralın 28-i saat 8:00-dən aprelin 4-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3 297 nəfər təxliyə olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tə...