Tayqer Vudsun qolf topu fantastik qiymətə satıldı
Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə "Masters" turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərracda 64 min dollardan baha qiymətə satılıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top 64 min 124 dollara satılıb.
Qeyd olunur ki, 1997-ci ildə "Masters" turnirində Vuds ilk böyük çempionluğunu qazanıb və bu çepionluq onu "Masters"i qazanan ən gənc oyunçu edib.
Sözügedən çempionat Vudsun karyerasını müəyyənləşdirib.
Golden Age hərrac evi satılan topun finaldan qalan yeganə top olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Elvis Preslinin köhnə təyyarəsi satıldı - FOTO
Əfsanəvi musiqiçi Elvis Preslinin şəxsi təyyarəsi hərracda 260 min dollara satılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki,...