Tanınmış qapıçı xəstəxanaya yerləşdirilib
07
iyl
2023
22:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Niderland millisinin və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran qolkiperin beyninə qan sızıb.
Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu bildirilib.
Qeyd edək ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın "Yuventus", İngiltərənin "Fulhem" və "Mançester Yunayted" klublarında da çıxış edib.
Oxşar xəbərlər
Niderland Ukraynaya yeni hərtərəfli dəstək paketi ayıracaq
Niderland Ukraynaya ümumi dəyəri 118 milyon avrodan çox olan ikinci hərtərəfli dəstək paketi təqdim edəcək. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün...