Tanınmış müğənni vəfat edib
06
noy
2022
10:36
Amerikalı müğənni və aktyor Aaron Çarlz Karter 34 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Karterin meyiti Kaliforniya ştatının Lankaster şəhərindəki evində tapılıb. Ölümün səbəbi açıqlanmır.
Portalın məlumatına görə, Karter 1990-cı illərin sonunda doqquz yaşında çıxardığı debüt albomu “Aaron Karter” sayəsində məşhurlaşıb. Aaron həmçinin qardaşı Nik Karterin də daxil olduğu “Backstreet Boys” musiqi qrupu ilə qastrol səfərlərdə olub.
Oxşar xəbərlər
Uels şahzadəsi Çarlz Britaniyanın yeni kralı olub
Kraliça II Yelizavetanın böyük oğlu Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, Çarlz anası 96 yaşında...