Tamaşada yıxılan 85 yaşlı aktyor səhnəyə qayıdacaq? - FOTO
Səhnədə yıxılaraq xəstəxanalıq olan aktyor İan Makkellenidən xəbər var.
BAKU.WS xarici KİV-ə istinadən xəəbr verir ki, "The Lord of the Rings" filminin aktyorunin vəziyyətinin yaxşı olduğu bildirilib.
"Deadline"ın yaydığı məlumata əsasən, o Londonda səhnələşdiriləcək 3 tamaşada oyanamayacaq.
"Noel Coward" teatrından verilən açıqlamada onun üç tamaşasında Con Falstaff obrazını aktyor David Semarkın oynayacağı qeyd edilib.
Ayın sonuna kimi İan Makkellenin yenidən teatr səhnələrinə qayıdacağı ehtimal edilib.
Xatırladaq ki, 85 yaşlı İan "The Lord of the Rings" adlı ekran işi ilə məşhurlaşıb.
30-dan artıq filmdə müxtəlif obrazlar yaradıb.
1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə "Cəngavər" tituluna layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
85 yaşlı aktyor teatr tamaşasında yıxıldı - Xəstəxanaya yerləşdirildi - FOTO
Tanınmış aktyor İan Makkellen xəstəxanalıq olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Player Kings" tamaşasında oynayarkən səhnədən yıxılıb və yaral...