85 yaşlı aktyor teatr tamaşasında yıxıldı - Xəstəxanaya yerləşdirildi - FOTO
18
iyn
2024
11:10
Tanınmış aktyor İan Makkellen xəstəxanalıq olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Player Kings" tamaşasında oynayarkən səhnədən yıxılıb və yaralanıb.
Aktyor döyüş səhnəsi zamanı müvazinətini itirib.
Teatrdakıların köməyi ilə təcili olaraq xəstəxanaya aparılan Makkellenin səhhəti ilə bağlı hələ ki, açıqlama verilməyib.
Xatırladaq ki, 85 yaşlı İan "The Lord of the Rings" adlı ekran işi ilə məşhurlaşıb.
30-dan artıq filmdə müxtəlif obrazlar yaradıb.
1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə "Cəngavər" tituluna layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
Bred Pitt 16 ildən sonra onunla eyni filmdə - FOTO
Hollivud ulduzu Bred Pitt 16 il sonra həmkarı Corc Kulini ilə eyni filmdə çəkilib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekran işi "Wolfs" adlanır və...