İtaliyada helikopter qəzası nəticəsində həlak olanların meyitləri tapılıb

İyunun 10-da İtaliyanın mərkəzində helikopter qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin meyiti tapılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Hadisə Apennin dağlarında, Toskana və Emiliya-Romanya sərhədində qeydə alınıb.
Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala "AW119" tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.
Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.
Oxşar xəbərlər
İtaliyada türkiyəli iş adamlarının qəzaya düşdüyü helikopterin qalıqları tapıldı
İtaliyanın Luka şəhərindən havaya qalxdıqdan sonra radarlardan itən helikopterin axtarışları səhər saatlarından yenidən davam etdirilib. Onun düşdüyü yer nəhayə...
