İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib

Son bir saata əsasən İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib.
BAKU.WS xəbər verir ki, fevralın 24-də ölkədə 6-cı insan bu virusdan yaranan xəstəlik səbəbindən vəfat edib. Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya regionlarıdır. Vəfat edən 6 nəfər haqqında açıqlamada bildirilir ki, onların hamısı immuniteti aşağı olan və qısa müddət əvvəl başqa xəstəliklərdən zəifləmiş insanlardır. Həmçinin yaş faktoru var. Belə ki vəfat edənlərin 88, 84, 80, 68, 78 və 77 yaşları var.İtaliya hazırda bu virusla yoluxanların sayına görə 3-cü (Çini nəzərə almadan) ölkədir.
Oxşar xəbərlər
İtaliyada koronavirusa 100-dən çox insan yoluxub
Çində yayılmış və dünyanı qorxuya salmış koronavirusa İtaliyada yoluxanların sayı 100 nəfəri ötüb. BAKU.WS xəbər verir ki, bu barədə “SkyTg24” telekanalı məlum...
