İtaliyada türkiyəli iş adamlarının qəzaya düşdüyü helikopterin qalıqları tapıldı

İtaliyanın Luka şəhərindən havaya qalxdıqdan sonra radarlardan itən helikopterin axtarışları səhər saatlarından yenidən davam etdirilib. Onun düşdüyü yer nəhayət müəyyən olunub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, dördü türkiyəli olmaqla yeddi sərnişinin olduğu helikopterin qalıqları, eləcə də beş nəfərin cəsədi aşkarlanıb.
Xatırladaq ki, helikopter Treviso şəhərinə doğru hərəkət edərkən dağlıq, meşəlik ərazidə pis hava şəraitinə məruz qaldıqdan sonra radardan itib.
Helikopterdə yeddi nəfər, o cümlədən kağız texnologiyaları sərgisində iştirak edən Əczaçıbaşı İstehlak Məhsulları firmasında çalışan türkiyəli dörd iş adamı olub.

Oxşar xəbərlər
İndoneziyada sərnişin təyyarəsi radarlardan itib
İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib. BAKU.WS xəbər verir ki, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən...