İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

09
yan
2021
17:51
İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.
BAKU.WS xəbər verir ki, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.
Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.
Qeyd olunur ki, "Boeing 737-524" təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Oxşar xəbərlər
Günəş enerjisi ilə işləyən təyyarə ilk dəfə stratosferə qalxacaq - FOTO
İsveçrəli pilot Rafael Domyan yaxın gələcəkdə olduqca iddialı və innovativ layihəyə imza atmağa hazırlaşır. O, Günəş enerjisi ilə işləyən kiçik təyyarə ilə Yeri...