İtaliyada buzlaq uçqununda ölənlərin sayı 11-ə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha bir nəfərin cəsədi çıxarılıb. Bununla da hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi uçqunun altından çıxarılıb.
Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ümumilikdə 11 nəfər ölüb, 8-i yaralanıb, itkin düşənlərin 8-i sağ tapılıb.
Oxşar xəbərlər
Alimlər Tibetin əriməkdə olan buzlaqlarında qədim viruslar aşkar edib
Alimlər Çində Tibet yaylasından götürülmüş 15 min illik iki buz nümunəsində onlarla çoxsaylı qədim virus növü aşkar ediblər, özü də bunların çoxu hələ də elmə m...