Talış kəndində bayram konserti keçirilir - FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, konsert proqramı cəngi sədaları ilə açılıb.
Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb.
Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.
Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.
Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO
Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci i...