"Taliban"dan qorxub Əfqanıstanı belə tərk edirlər - VİDEO

Talibandan qorxub Əfqanıstanı belə tərk edirlər - VİDEO
Video
Siyasət 2951

"Taliban" silahlılarının Əfqanıstanın paytaxtı Kabilə daxil olmasından sonra bir qrup əhali şəhərdən qaçmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tele1" kanalı məlumat yayıb.

Məlumata görə, dünən gecədən etibarən bir çox ölkə tərəfindən təxliyə əməliyyatları həyata keçirilib. Evakuasiya zamanı sıxlıq yaranıb.

Kabil hava limanından təxliyə əməliyyatları həyata keçirilərkən hava limanında bütün ticarət uçuşları dayandırılıb.

Bildirilir ki, ABŞ hərbçiləri kütlənin uçuş-enmə zolağına çıxdığı üçün hava limanında havaya atəş açıb.

Son xəbərlər