“Taliban” xaşxaş becərilməsini qadağan edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Taliban” hökuməti Əfqanıstanda xaşxaş becərilməsini qadağan edib və qanunu pozanlara “şəriət qanunlarına uyğun” tədbirlər görüləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatın sözçüsü Bilal Kərimi bəyanat yayıb:
“Əfqanıstan İslam Əmirliyinin Ali Rəhbərinin fərmanı ilə biz bütün əfqanların nəzərinə çatdırırıq ki, bundan sonra bütün ölkə ərazisində xaşxaş əkilməsi qəti şəkildə qadağandır”.
Bəyanatda o da deyilir ki, q Qanunu pozanların əkinləri məhv ediləcək və onlar özləri də “şəriət qanunlarına uyğun olaraq” cəzalandırılacaqlar.
Bundan əlavə, spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.
“Bu fərmanın icrası məcburidir. Qanunu pozanlar məhkəmə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək. BAKU.WS “report”a istinadən xəbər verir...