“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi bildirib.
“Taliblər” artıq Əfqanıstanın 34 əyalətindən 33-ə qubernatorları və polis rəislərini təyin ediblər.
Hərəkatın nümayəndəsi yeni hökumətin heyətində qadın üzvün təmsil olunub-olunmayacağı barədə suala cavabında bildirib ki, bu barədə qərar hərəkatın rəhbərləri tərəfindən qəbul ediləcək.
"Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bildirib ki, tezliklə Əfqanıstanın yeni hökuməti elan edilə bilər.
Oxşar xəbərlər
Əfsanəvi komandirin oğlu daha üç bölgəni "Taliban"dan geri aldı - VİDEO
Əfqanıstanın əfsanəvi komandiri Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərliyi altında ölkənin daha üç bölgəsi "Taliban"dan geri alınıb. BAKU.WS xəbər verir ki, tali...