Türkiyənin Kabildən "Taliban"ın əlindən qaçırdığı qadın barədə ŞOK DETALLAR - FOTO/VİDEO
"Taliban" yaraqlılarının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra tanınmış əfqan kinorejissor Səhra Kərimi də ölkədən qaçmağa müvəffəq olub.
BAKU.WS xəbər verir ki, bu işdə məşhur sənətçiyə Türkiyə və Ukraynanın birgə təxliyyə planı kömək edib.
Belə ki, Türkiyə və Ukrayna 11 nəfəri paytaxt Kabildən təxliyyə edib. 38 yaşlı Səhra Kərimi də "Taliban"dan qaçanların arasında olub. O, buna görə Türkiyə və Ukraynaya təşəkkür etməyi də unutmayıb.
Əslən əfqan olan Səhra Kərimi 21 may 1983-cü ildə Tehranda anadan olub. O, 2019-cu ildən etibarən "Əfqanfilm" dövlət film şirkətinin baş direktoru vəzifəsini icra edib. Əfqanıstanda kinematoqrafiya sahəsində doktor pilləsinə qalxmış ilk qadındır. Onun filmləri müxtəlif kinofestivallarda daim iştirak edib.
Səhra Kərimi İranda Əfqanıstandan gələn mühacir ailəsində doğulub, böyüyüb. Slovakiyanın paytaxtı Bratislavadakı Ali İfa Sənətləri Məktəbinin Film və Televiziya fakültəsini bitirib. Bədii film rejissorluğu və ssenari üzrə doktorluq dissertasiyasını alıb.
Qalereya
Oxşar xəbərlər
“Taliban" yaraqlıları Əfqanıstanda sərhəd postunu ələ keçirdi
“Taliban” hərəkatının silahlıları bu gün səhər Əfqanıstanın Balx əyalətinin Kaldar rayonunun Çukçuk sərhəd məntəqəsində posta hücum edib. BAKU.WS “Report”a isti...