"Taliban" Əfqanıstanın sabiq prezidentini ev dustağı etdi
26
avq
2021
16:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Taliban" qüvvələri Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullahı Kabildə ev dustağı edib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Taliblər hər iki yüksəkçinli dövlət rəsmisinin mühafizəçilərini tərksilah edib və maşınlarını əlindən alıb.
Buna qədər yerli mətbuat yazırdı ki, Kərzai, Abdullah və İslam Partiyasının lideri Gülbəddin Hikmətyar "Taliban"ın ölkəni idarə etmək üçün quracağı 12 nəfərlik şura məclisinə qatılacaq.
Oxşar xəbərlər
Əfqanıstanın Baş Qərargah rəisi "Taliban"dan qaçmaq istəyərkən - FOTO
"Taliban" qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin yüksəkrütbəli ordu rəsmiləri taliblərdən qaçmağa başlayıblar. BAKU.WS xəbər ve...