Suriyada İŞİD-in hücumu nəticəsində azı 4 nəfər ölüb
12
fev
2023
15:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın mərkəzində yerləşən Homs əyalətində “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) silahlılarının hücumu nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü SANA agentliyi məlumat yayıb.
Məlumata görə, radikalların hücumunun hədəfi Palmiradan 70 km cənubda truffle göbələkləri yığan bir qrup mülki şəxs olub. Ölənlər arasında bir qadın da var. Bütün zərərçəkənlər Homs şəhərinin tibb müəssisələrində güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
Oxşar xəbərlər
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb. Xatırladaq ki, fevralın...