Suriyada güclü ZƏLZƏLƏ! - Türkiyədə də hiss olundu
16
avq
2024
14:34
Suriyanın Səlamiyyə şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Türkiyənin Hatay, Kilis və Qaziantep kimi ətraf vilayətlərində də hiss olunub.
AFAD-ın yaydığı məlumata görə, zəlzələ Suriyanın Səlamiyyə və Hamah şəhərlərində (Hatayın Yayladağ rayonundan 119 kilometr aralıda) 5,2 bal gücündə və yerin 7 kilometr dərinliyində baş verib.
Oxşar xəbərlər
“Əsrin fəlakəti”ndən bir il ötür - FOTO
Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt... BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş v...