Süreyya Yalçın TANINMAZ HALDA - Bir dəri, bir sümük qaldı - FOTO
Türkiyənin ən varlı qadınlarından biri Süreyya Yalçının son halı görənləri təəccübləndirib.
BAKU.WS xəbər verir ki, hər zaman qeyri-adi geyimləri ilə gündəmdə olan Süreyya həddindən artıq arıqlaması ilə bütün diqqətləri üzərinə çəkib.
O, "Həkim nəzarətində sağlam formada arıqladım. Artıq 4 ildir tərəzidə özümü çəkmirəm. Neçə kiloqramam bilmirəm, amma sıfır bədənəm...", - deyə açıqlama verib.
Sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. İzləyicilər Süreyyanı tanımaqda çətinlik çəkdiklərini və onun bir dəri, bir sümük qaldığını qeyd ediblər. Bəziləri isə, "Hansı həkimin yanına getmisən? De biz də bilək, yanına getməyək", - deyərək Süreyyanı məsxərəyə qoyublar.
Qeyd edək ki, Süreyya Yalçın mərhum milyarder Faruk Yalçının qızıdır. Onun bir neçə dəfə mədəkiçiltmə əməliyyatı keçirdiyi iddia edilir. Süreyya bir müddət əvvəl verdiyi açıqlamasında 1.5 aya 13 kiloqram çəki atdığını deyib.
Oxşar xəbərlər
Türkiyədə dağıntılar altında qalanları məsxərəyə qoyan gənc həbs edildi - FOTO/VİDEO
Hazırda Türkiyədə dağıntılar altında qalan yüzlərlə vətəndaşın xilasetmə əməliyyatları davam etdirilir. BAKU.WS xəbər verir ki, dünya ölkələrinin belə Türkiyəyə...