Sünnət toyunda yarıçılpaq halda erotik rəqs edən rəqqasə həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə sünnət toyunda uşaqların gözü qarşısında erotik rəqs edən qadın həbs edilib.
BAKU.WS Türkiyənin yerli mətbuatına istinadən xəbər verir ki, Ailə Əmək və Sosial Xidmətlər Nazirliyinin rəsmi şəxslərinin iştirakı ilə baş tutan məhkəmədə G.K. "həyasızcasına hərəkətlər etmək" maddəsi ilə günahlandırılıb.
Musiqi sədaları altında uyğun olmayan hərəkətlər edən yarıçılpaq rəqqasəyə 10 ay həbs cəzası verilib.
Toya rəqqasə kimi çağırılan, lakin rəqs etməyən G.Y və M.M.-ya bəraət verilib. Eləcə də, hakim sünnət olunan uşağın anası, atası və əmisinə qarşı qaldırılan iddianı bağlanmış elan edib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Menderes bölgəsində kənd meydanında təşkil edilən məclisdə yaşananlar ölkə ictimaiyyətini ayağa qaldırmışdı. Sünnət olunan uşaqla yanaşı bir çox uşağın olduğu yerdə belə bir rəqsin nümayiş edilməsi uşaqların cinsi istismarı, təhrik və təcavüz kimi qiymətləndirilərək araşdırma başlanmışdı.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...